Bakıda Kəşmir Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Bakıda Kəşmir Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Pakistanın Bakıdakı səfirliyi bu gün Azərbaycan Dillər Universitetində 5 Fevral – Kəşmir Həmrəylik Günü münasibətilə tədbir keçirib.

“Poliqon” xəbər verir ki, tədbir çərçivəsində əvvəlcə Hindistanın qeyri-qanuni işğalı altındakı Cammu və Kəşmirdə xalqın ağır vəziyyətini əks etdirən fotosərgi təşkil olunub.

Daha sonra ədbir iştirakçıları 5 fevralın Pakistan üçün əhəmiyyəti barədə məlumatlandırılıblar. Tədbirdə professor Atamoğlan Məmmədli Kəşmir münaqişəsinin tarixi, siyasi və humanitar ölçüləri ilə bağlı çıxış edib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye tarixi və hüquqi aspektlərə dair təqdimatla çıxış edərək, Hindistanın işğalçı qüvvələri tərəfindən onilliklər ərzində hədsiz əzablara və insan hüquqlarının pozulmasına məruz qalmış kəşmirlilərin vəziyyətinə beynəlxalq diqqətin vacibliyini vurğulayıb. Səfir Hindistanın 5 avqust 2019-cu il tarixli birtərəfli hərəkətlərindən sonra İƏT və digər beynəlxalq forumlarda Kəşmir məsələsi ilə bağlı fəal dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Tədbir çərçivəsində jurnalistlərə açıqlama verən səfir Bilal Haye, bir daha Pakistanın Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna sarsılmaz dəstəyini təkrarlayıb. O, beynəlxalq ictimaiyyəti Kəşmir xalqının arzularına və BMT qətnamələrinə uyğun olaraq bu mübahisəsinin həllində fəal rol oynamağa çağırıb.

Sonda Kəşmir xalqının üzləşdiyi gündəlik çətinlikləri işıqlandıran sənədli film nümayiş etdirilib.

CATEGORIES