Banqladeş Ordusu “Cobra”ların növbəti partiyasını təhvil alıb

Banqladeş Ordusu “Cobra”ların növbəti partiyasını təhvil alıb

Banqladeş Ordusu Türkiyənin “Otokar” şirkəti tərəfindən istehsal edilən “Cobra” zirehli nəqliyyat vasitələrinin növbəti partiyasını təhvil alıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Defense Technology of Bangladesh” (DTB) səhifəsi “Twitter”də paylaşım edib.

DTB tərəfindən paylaşılan fotoda Banqladeş Silahlı Qüvvələrinə çatdırılan “Cobra”ların “UN” kamuflyajında olduğu görülür. Bu isə onların Banqladeş Ordusunun Sülhməramlı Qüvvələri tərəfindən istifadə ediləcəyini göstərir.

Qeyd edək ki, hazırda Banqladeş Ordusunun inventarında “Cobra”lar ilə yanaşı “Cobra II” zirehli nəqliyyat vasitələri də mövcuddur. 4×4 təkər formullu bu zirehli maşınlar yüksək mühafizə və hərəkət qabiliyyətinə malikdir.

Poliqon.az

CATEGORIES
TAGS