Baş nazir: Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır

Baş nazir: Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır

Yeni texnologiyaların və kosmik sənayenin inkişafı prioritet sahə kimi diqqətdə saxlanılmışdır.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır: “”Azerspace-1”, “Azersky” və “Azerspace-2″ peykləri uğurla fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda iki yeni peyk istehsal olunacaq, 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq.

Bu yaxınlarda Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi kosmik sənaye, müasir texnologiya və innovasiya sahələrində böyük uğurlara malik ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir”.

CATEGORIES