“Baykar” şirkəti “Bayraktar KEMANKEŞ” raketini təqdim edib

“Baykar” şirkəti “Bayraktar KEMANKEŞ” raketini təqdim edib

Türkiyənin “Baykar” şirkəti İstanbulda keçirilən TEKNOFEST 2023-də ilk dəfə yeni hazırladığı “Bayraktar KEMANKEŞ” mini ağıllı qanadlı raketini təqdim edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar özünün “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, “Bayraktar KEMANKEŞ” raketi, reaktiv mühərrikindən stabilləşdirilmiş kamera sisteminə kimi, süni intellekt proqram təminatından sistem dizaynına qədər tamamilə milli və orijinaldır.

30 kiloqram ağırlığa sahib “Bayraktar KEMANKEŞ”in hədəfə şığıma sürəti 0.7 Mach və əməliyyat mənzili 200 kilometrdən çoxdur. Raket şirkətin istehsal etdiyi “Bayraktar TB2”, “Bayraktar TB3” və “Bayraktar Akıncı” pilotsuz uçuş aparatları (PUA) tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS