Manşet

“Baykar” şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi PUA-ların birgə istehsalına dair protokol imzalayıb

Türkiyənin “Baykar” şirkəti və Azərbaycanın Müdafiə Nazirliyi arasında pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair niyyət protokolu imzalanıb.

“Baykar”dan “Poliqon”a  verilən məlumata görə, protokolu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıb.

Bildirilib ki, bununla bağlı keçirlən imza mərasimində Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

Poliqon.az

Back to top button