BƏƏ IDEX-2023 sərgisinin ikinci günündə 2.2 milyard ABŞ dolları dəyərində müqavilələr imzalayıb

BƏƏ IDEX-2023 sərgisinin ikinci günündə 2.2 milyard ABŞ dolları dəyərində müqavilələr imzalayıb

Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2023 və NAVDEX-2023 sərgilərinin ikinci günündə “Tawazun” şurası 8.1 milyard AED (2.2 milyard ABŞ dolları) dəyərində 12 satınalma müqaviləsi imzalayıb.

“Poliqon” xəbər verir ki, bunu “Tawazun” şurasının rəsmi sözçüləri Məcid Əhməd Əl Caberi və Zayed Səid Əl Merayxi keçirlən mətbuat konfransında açıqlayıb.

Zayed Səid Əl Merayxi bildirib ki, gün ərzində 7.6 milyard AED (2 milyard ABŞ dolları) dəyərində 8 müqavilə yerli şirkətlərlə, 543 milyon AED (147.8 milyon ABŞ dolları) dəyərində 4 müqavilə isə xarici şirkətlər ilə imzalanıb.

Beləliklə sərginin ilk iki günü ərzində imzalanan sövdələşmələrin ümumi dəyəri 12.6 milyard AED (3.4 milyard ABŞ dolları) təşkil edib.

“Tawazun” şurası yerli “Edge Group”un törəmə şirkəti olan “Halcon”dan “Desert Sting P5” sisteminin satın alınması üçün 4.7 milyard AED (1.2 milyard ABŞ dolları) və “Hunter” sisteminin satın alınması üçün 1.1 milyard AED (299.4 milyon ABŞ dolları) həcmində iki razılaşma imzalayıb.

Həmçinin, “Tawazun” şurası “Edge Group”un digər törəmə şirkəti ADASI ilə də “Shadow” sisteminin satın alınması üçün 1.3 milyard AED (362 milyon dollar) dəyərindəki müqaviləyə imza atıb.

Şuranın gün ərzində yerli şirkətlər ilə imzaladığı satınalma müqavilələrinə aşağıdakılar daxildir:

  • “Trust International Group” şirkəti ilə: “Minimi” pulemyotunun alınması üçün 179 milyon AED (48.7 milyon dollar); 7,62 mm-lik pulemyotun alınması üçün 20 milyon AED (5.4 milyon dollar)
  • “Edge Group”un törəmə şirkəti olan ADSB ilə xilasedici qayıqların alınması üçün 175 milyon AED (47.6 milyon dollar)
  • “International Golden Group” şirkəti ilə rabitə cihazlarının alınması üçün 40 milyon AED (10.8 milyon dollar).

Xarici şirkətlərlə:

  • Fransanın “Thales Six” şirkəti ilə: rabitə cihazlarının alınması üçün 316 milyon AED (86 milyon dollar); CMS sistemlərinin alınması üçün 159 milyon AED (43.2 milyon dollar);
  • Almaniyanın “Rheinmetall” şirkəti ilə logistika dəstəyinin göstərilməsi üçün 57 milyon AED (15.5 milyon dollar)
  • ABŞ-ın “L3Harris” şirkəti ilə telekommunikasiya sistemlərinin və interkom qurğularının alınması üçün 11 milyon AED (2.9 milyon dollar).

Qeyd edək ki, “Tawazun” şurası Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi və təhlükəsizlik agentlikləri ilə sıx əməkdaşlıq edən müstəqil dövlət qurumudur.

Poliqon.az

CATEGORIES
TAGS