Belarus ordusunun silahlanmasına yeni PUA daxil edilib

Belarus ordusunun silahlanmasına yeni PUA daxil edilib

Belarus ordusunun silahlanmasına yeni “Berkut-3” qısa mənzilli pilotsuz uçuş aparatı (PUA) daxil edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aviasiya kompleksi 50 kilometrə qədər məsafədə fəaliyyət göstərmək qabiliyyətinə malikdir. O, görünən və infraqırmızı diapazonlarda hava optik-elektron kəşfiyyatı aparmaq üçün təyin edilib.

“Berkut-3” qısa mənzilli pilotsuz aviasiya kompleksi “Geoinformasiya idarəetmə sistemləri” holdinqinin idarəedici şirkəti olan “AQAT-idarəetmə sistemləri” ASC tərəfindən yaradılıb.

“Berkut-3” 50 kilometrə qədər məsafədə işləmə qabiliyyətinə malikdir, effektiv uçuş məsafəsi kompleksə inteqrasiya edilmiş yerli istehsal olan RS-50 müdaxilədən müdafiə olunan radio sistemi ilə təmin edilir. Bundan başqa, xüsusi radioelektron müdafiə tədbirləri təmin edilir – kompleksi yaradarkən konstruktorlar müdaxiləyə davamlı, səs-küyə bənzər növ siqnal sintez ediblər. PUA-da tətbiq olunan məlumat-komanda radio bağlantısının strukturu PUA-ların idarəetmə komandalarını ötürmək üçün kanalların düşmən tərəfindən radioelektron kəşfiyyatını xeyli çətinləşdirir.

“Berkut-3” PUA-nın məsafəsinin təyini və pelenqi də təmin edilib. Öz növbəsində, konstruktor həllərinin külliyatı GPS-dən məlumat olmadıqda belə PUA-dan istifadə etməyə imkan verir.

Kompleksin uçuş müddəti üç saata qədərdir, “Berkut-3” elastik katapultla havaya qalxır və paraşütlə yerə enir. Konstruktorlar bir neçə rejimdə, o cümlədən avtomatik rejimdə enişi təmin ediblər. PUA-nın istifadəyə hazırlığı 15 dəqiqədən çox çəkmir.

Pilotsuz uçuş aparatı avtomatik olaraq hava kəşfiyyatı obyektlərinin koordinatlarını və mətn məlumatlarını “Centurion” komanda-idarəetmə maşınlarına ötürə bilir. Bu, artilleriya bölmələrinin döyüş istifadəsi silsiləsiləsini əhəmiyyətli dərəcədə qısaltmağa imkan verir, davamlı olaraq kəşfiyyat aparmağa və 50 kilometrə qədər dərinliyə top atəşini tənzimləməyə imkan verir.

Həmçinin “AQAT-idarəetmə sistemləri” ASC-nin mütəxəssisləri “Centurion” maşınlarını modernləşdiriblər. Onların tərkibinə “Berkut-3” tərəfindən aşkar edilən hədəflərə atəş açmaq üçün qurğuların avtomatik hesablanmasına imkan verən xüsusi proqram təminatı daxil edilib. Bu da, onun effektivliyini üç dəfə artırıb.

PUA-nın döyüş istifadəsi silsiləsi Belarus Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı ilə poliqonların birində sınaqdan keçirilib. Bu işlər Belarus ordusunun maraqlarına uyğun olaraq kəşfiyyat-zərbə şəbəkəsinin yaradılması üçün həyata keçirilib. O, “Berkut-3” PUA-nı və Belarus Respublikasında yaradılan hücum PUA-larını birləşdirməlidir. Belə bir şəbəkənin istifadəsi kəşfiyyatdan hədəfi vurmağa qədər problemlərin həllinin səmərəliliyini artıracaq.

Mütəxəssislər həmçinin “Berkut-3” PUA-nın uçuş xüsusiyyətlərini və proqram təminatını da təkmilləşdirirlər. Xüsusilə, onun tətbiq radiusunun, istismar xüsusiyyətlərinin və enerji təchizatı sisteminin artırılmasına diqqət yetirilir.

Aviasiya kompleksi elektrik mühərrikləri olan iki PUA-dan, PUA və hədəf yükü üçün qarşılıqlı əvəz edilən yerüstü idarəetmə stansiyalarından, giroskopik sabitləşdirilmiş televiziya və termal optik-elektron sistemlərdən, RS-50 yerüstü radiomodemindən və elastik katapultdan ibarətdir. Bunlardan başqa kompleksin tərkibinə pilotsuz aviasiya kompleksini saxlamaq və nəql etmək üçün yığım dəsti, texniki qulluq dəsti, ehtiyat hissələr, alətlər və ləvazimatlar dəsti, həmçinin istismar sənədləri daxildir.

“Berkut-3” PAK-nin əsas texniki xassələri:

– praktiki tavanı – 3000 m-dən az deyil

– taktiki fəaliyyət radiusu – 50 km

– uçuş müddəti – 3 saatdan az deyil

– üfiqi uçuş sürəti – 60-100 km/saat

– uçuş kütləsi – 16 kq

– güc qurğusunun növü – dartılan hava pərvanəli elektrik mühərriki

– qanad açıqlığı – 3570 mm

– uzunluğu – 875 mm

– hündürlüyü – 253 mm

– yerüstü obyektin X, Y koordinatlarını təyinetmənin orta kvadrat xətası – 50 m-dən artıq deyil

– işləməsi üçün ətraf mühitin temperaturu – 30°…+40°С

– işləməsi üçün yerdə küləyin sürəti – 10 m/san

– start üçün meydança – 100×100 m-dən çox olmayaraq

Əhəd Vahidoğlu

CATEGORIES