“Birləşdik-2024” təlimində səmti müəyyənetmə yarışı keçirilib

“Birləşdik-2024” təlimində səmti müəyyənetmə yarışı keçirilib

Qazaxıstanda keçirilən “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində “Bağdar” (“Бағдар”) taktiki səmti müəyyənetmə, atıcılıq və bir sıra idman növləri üzrə yarışlar, həmçinin hərbi qulluqçuların mədəni-asudə vaxtının səmərəli təşkili məqsədilə digər tədbirlər təşkil edilib.

“Poliqon” xəbər verir ki, “Oymaşa” poliqonunda keçirilən yarışlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbi qulluqçuları güclərini sınayıblar.

Yarışların nəticəsinə əsasən qaliblər kubok, medal, “Fəxri Fərman” və hədiyyələr ilə mükafatlandırılıb.

 

CATEGORIES