“Boeing” ABŞ HHQ üçün E-7 AEW&C təyyarəsinin iki yeni versiyasını hazırlayacaq

“Boeing” ABŞ HHQ üçün E-7 AEW&C təyyarəsinin iki yeni versiyasını hazırlayacaq

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələri (HHQ) üçün E-7 AEW&C (Airborne Early Warning and Control) havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsinin iki yeni versiyasını hazırlayacaq.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 1.2 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb.

“Boeing” 737 təyyarəsinin bazası əsasında yaradılan E-7 AEW&C mürəkkəb əməliyyat ərazilərində fəaliyyat göstərən bölmələrə üstün ətraf məlumatlığı təmin etmək üçün nəzərdə tutulub. Onun üzərində “Northorp Grumman” şirkətinin “Multi-role Electronically Scanned Array” (MESA) sensoru quraşdırılıb ki, AEW&C təyyarə bunun vasitəsilə eyni vaxtda havadakı və dənizdəki çoxsaylı təhdidləri aşkarlaya, müəyyənləşdirə və izləyə bilir.

Qeyd edək ki, E-7 AEW&C-lər ötən il ABŞ HHQ tərəfindən köhnəlmiş E-3 AEW&C təyyarələrinin yerini almaq üçün seçilib. Onun satınalınması üçün ABŞ HHQ və şirkət arasında müqavilə isə cari ilin əvvəlində imzalanıb.

Hazırda E-7 AEW&C təyyarələri Avstraliya, Türkiyə, Cənubi Koreya və Böyük Britaniya Hərbi Hava Qüvvələrinin aviasiya parkında yer almaqdadır.

Poliqon.az

CATEGORIES
TAGS