“Boeing” MQ-28A PUA-nın yeni prototipi nümayiş etdirilib

“Boeing” MQ-28A PUA-nın yeni prototipi nümayiş etdirilib

“Boeing” şirkətinin MQ-28A “Ghost Bat” (əvvəllər “Airpower Teaming System” və ya “Loyal Wingman” adlandırılırdı) PUA-sının ikinci prototipi (PRV-002) ilk dəfə sonsor faydalı yükü ilə Avstraliyanın RAFF Amberley aviasiya bazasında ictimaiyyətə nümayiş etdirilib.

“Poliqon” xəbər verir ki, “Boeing Australia” şirkəti “Airpower Teaming System” proqramı çərçivəsində hazırlanmış pilotsuz uçuş aparatına MQ-28A “Ghost Bat” adının verildiyini açıqlayıb.

“Adın verilməsi RAAF və 35-dən çox avstraliyalı təchizatçıdan ibarət sənaye qrupu tərəfdaşlarımız üçün aviasiya tarixində xüsusi bir məqamdır. PUA qida və ov axtarışı üçün sürü halında birləşməsi ilə tanınan avstraliyalı məməli yarasanın şərəfinə adlandırılıb. Bu ad PUA-nın sensorlarının unikal xüsusiyyətlərini tam əks etdirir və bu innovativ aviasiya texnikası üçün uyğun addır”, deyərək “Airpower Teaming System Australia and International”ın direktoru Qlen Ferqyuson bildirib.

MQ-28A “Ghost Bat” PUA avtonom və ya operatorun nəzarəti altında fəaliyyət göstərə bilən təxminən 12 metrlik bir drondur. Eyni zamanda idarəetmə həm yerüstü stansiyadan, həm də pilotlu təyyarənin heyəti tərəfindən həyata keçirilə bilir.

Avstraliya Müdafiə Nazirliyi yeni inkişafı “daha ​​bahalı pilotlu təyyarələr üçün qalxan” adlandırır. Yeni PUA-nın əsas xüsusiyyəti onun modul quruluşudur. Belə ki, o, müxtəlif burun modulları ilə təchiz oluna, həmçinin kəşfiyyat modulları və ya silahlar daşıya bilir. Yaradıcıların fikrincə, məhz dəyişdirilə bilən burun hissəsi düşmən üçün “sürpriz” olacaq.

PUA2 PUA3

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS