Böyük Britaniya İsveçdən “Giraffe 1X” radarı alır

Böyük Britaniya İsveçdən “Giraffe 1X” radarı alır

İsveçin “Saab” şirkəti və Böyük Britaniyanın Müdafiə Nazirliyi arasında “Giraffe 1X” radarının alqı-satqısına dair iki müqavilə imzalanıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, 11 ədəd “Giraffe 1X” radarının tədarük edilməsini və onlara texniki xidmətin göstərilməsini nəzərdə tutan müqavilələrin ümumi dəyəri 264 milyon SEK (25.6 ABŞ dolları) təşkil edir.

Müqavilələrin şərtlərinə əsasən, “Saab” şirkəti “Giraffe 1X” radarlarının artıq Böyük Britaniya Silahlı Qüvvələrinə tədarük olunmasına başlayıb.

Dizaynına görə həm quru, həm də dəniz platformalarına asanlıqla quraşdırıla bilən “Giraffe 1X” radarı əsasən qısa məznilli hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi tətbiq edilir. Bu baxımdan “Giraffe 1X” daha çox “Saab” şirkətinin RBS 70 NG qısa mənzilli daşınan zenit raket kompleksi (DZRK) ilə birlikdə istifadə olunur.

Həmçinin, bu radar antidron (C-UAS) vasitələri ilə də birgə tətbiq edilə bilər.

Poliqon.az

CATEGORIES
TAGS