Böyük Britaniya Ukraynaya 10 mindən çox PUA tədarük edəcək

Böyük Britaniya Ukraynaya 10 mindən çox PUA tədarük edəcək

Böyük Britaniya Ukraynaya 10 mindən çox pilotsuz uçuş aparatı (PUA) tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı deyib.

Müdafiə naziri Böyük Britaniyanın müasir pilotsuz uçuş aparatlarının tədarükü üçün 325 milyon funt sterlinq ayıraraq, Ukraynaya dəstəyini artırdığını bildirib.

Qeyd olunub ki, ayrılan büdcə ilə 2024-cü il ərzində Ukrayna Silahlı Qüvvələrinə 10 mindən çox PUA tədarük ediləcək. Sözügedən PUA-ların tədarükü Böyük Britaniyanın müdafiə sənayesi şirkətləri tərəfindən həyata keçiriləcək.

CATEGORIES