Braziliya HHQ A-29 “Super Tucano” təyyarələrini təkmilləşdirir
“Embraer” şirkəti Braziliya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus A-29 “Super Tucano” təlim/döyüş təyyarələrini təkmilləşdirəcək.
“Poliqon” “Embraer”ə istinadən xəbər verir ki, bununla bağlı Fransanın paytaxtı Paris şəhərində keçirilən “Paris Air Show” sərgisində şirkət və Braziliya HHQ arasında müqavilə imzalanıb.
Təkmilləşdirmə nəticəsində A-29 təyyarələri müasir sensorlar, avionika, naviqasiya və rabitə sistemləri təchiz ediləcək. Bu onların silah çeşidinin genişləndirilməsinə, situasiya məlumatlılığının, müşahidə və özünü idarəetmə qabiliyyətlərinin artırılmasına xidmət göstərəcək.
Şirkətin bildirdiyinə görə, aparılacaq təkmilləşdirmələrlə A-29-ların üzərinə inteqrasiya ediləcək müasir sistemlər onun istismar xərclərini artırmayacaq.
Qeyd edək ki, hazırda Braziliya HHQ beş müxtəlif eskadronda fəaliyyət göstərən və 325 mindən çox uçuş saatına malik olan 60 ədəd A-29 təyyarəsinə sahibdir. Dünya miqyasında isə 260 ədəddən artıq A-29 “Super Tucano” təyyarəsi 15-dən çox Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur.