Britaniya HHQ sonuncu A400M təyyarəsini təhvil alıb

Britaniya HHQ sonuncu A400M təyyarəsini təhvil alıb

Böyük Britaniya Hərbi Hava Qüvvələri (HHQ) “Airbus” şirkətindən 22-ci A400M “Atlas” hərbi nəqliyyat təyyarəsini təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Britaniya HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sifariş üzrə şirkətin Sevilya şəhərində yerləşən müəssisəsində istehsal edilən nəqliyyat təyyarəsi Britaniya HHQ-nin Brize Norton aviasiya bazasına çatdırılıb. Bununla da “Airbus” Britaniya HHQ-nin verdiyi 22 ədədlik A400M sifarişini tamamlayıb.

A400M-in boş kütləsi 66.5 ton, maksimum yükqaldırma qabiliyyəti isə 37 tondur. Heyəti 2-4 nəfər və maksimum sürəti 780 km/saat olan təyyarənin maksimum yüklə uçuş uzaqlığı 3300 km təşkil edir. Təyyarə vasitəsilə həm yüklər, həm personal, həm də çəkisi 32 tona qədər olan döyüş maşınları daşına bilər.

Qeyd edək ki, Böyük Britaniya Müdafiə Nazirliyinin 2021-2031-ci illəri əhatə edən 10 illik müdafiə avadanlıqlarının satınalmaları proqramında “Airbus” şirkətindən əlavə A400M-lərin alınması nəzərdə tutulub.

FF33D459 BAFE 4289 A8DE1E7E10526101 BZN OFFICIAL 20230522 518 19

Poliqon.az

CATEGORIES
TAGS