Britaniya Polşaya “Sky Sabre” ZRK tədarük edib

Britaniya Polşaya “Sky Sabre” ZRK tədarük edib

Böyük Britaniya Polşaya “Sky Sabre” (Səma Qılıncı) zenit-raket kompleksi (ZRK) çatdırıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak (Mariusz Błaszczak) rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Məlumatda bildirilib ki, Böyük Britaniyadan alınan “Sky Sabre” ZRK Polşanın hava məkanının təhlükəsizliyini təmin edəcək.

“Sky Sabre” kompleksi döyüş təyyarələrini, pilotsuz uçuş aparatlarını və aviasiya bombalarını məhv edə bilir. Səsdən sürəti “Sky Sabre” raketi hətta tennis topu böyüklüyündə olan hədəfi vura bilər. Raketin sürəti 3700 km/saata çatır.

“Sky Sabre” ZRK eyni vaxtda 24 raketin uçuşunu idarə etmək və onları 24 müxtəlif hədəfə yönəltmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, “Sky Sabre” ZRK 2021-ci ilin dekabrında Britaniya Ordusunun silahlanmasına verilib. Bir kompleksin dəyəri 13 milyon ABŞ dolları təşkil edir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS