Çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınır
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ölkə üzrə çağırışçıların hərbi hissələrə göndərilməsini davam etdirir.
SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bununla bağlı Bakının Qaradağ rayonunda, həmçinin Qəbələ və Ağsuda təntənəli yola salma mərasimləri təşkil edilib.
Tədbirlərdə SHXÇDX aparatının və rayon şöbələrinin hərbi qulluqçuları, rayon rəhbərliyi, Milli Məclisin deputatları, müharibə veteranları və valideynlər iştirak edib. Çıxış edənlər həqiqi hərbi xidmətə gedənlərə uğurlar arzulayıblar.
Sonda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.
CATEGORIES Xəbərlər