Cari ilin ilk rübündə Türkiyə müdafiə sənaysinin ixracı 1 milyard dolları ötüb

Cari ilin ilk rübündə Türkiyə müdafiə sənaysinin ixracı 1 milyard dolları ötüb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-cü ilin mart ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin mart ayında 506.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il mart – 326.9 milyon) 2023-cü ilin mart atında ixrac olunan məhsulların dəyəri artıb.

Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari ilin ilk rübündəki ixracı artıq 1 milyard ABŞ dollarını ötüb.

Poliqon.az

CATEGORIES
TAGS