Cənubi Koreya bu il KF-21 qırıcısının istehsalına başlayacaq

Cənubi Koreya bu il KF-21 qırıcısının istehsalına başlayacaq

Cənubi Koreya cari il ərzində KF-21 döyüş təyyarələrinin istehsalına başlayacaq.

“Poliqon”un “Yonhap” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyası (DAPA) KF-21-in genişmiqyaslı istehsalı üçün “Korea Aerospace Industries” (KAI) şirkəti ilə 2024-cü ilin ilk yarısında müqavilə imzalamağı planlaşdırır.

Stealth” (gizlilik) texnologiyası əsasında hazırlanan KF-21 döyüş təyyarəsi 4++ nəsil hesab olunur. Ancaq KAI zamanla döyüş təyyarəsini təkmilləşdirərək 5-ci nəsil seqmentinə tam şəkildə uyğunlaşdırmağı planlaşdırır.

KAI tərəfindən istehsal ediləcək KF-21-lər hazırda Cənubi Koreyanın Hərbi Hava Qüvvələrində xidmət göstərən köhnəlmiş F-4 və F-5 döyüş təyyarələrini əvəz edəcək.

Qeyd edək ki, 2032-ci ilə qədər Koreya HHQ-yə 120 ədəd KF-21 döyüş təyyarəsi təhvil verilməlidir.

CATEGORIES