
Çin 290 ədəd hərbi yük maşını ixrac edib
Çin Kamboca Silahlı Qüvvələrinə 290 ədəd “Genlyon” adlı hərbi yük maşını tədarük edib.
“AzeriDefence” xəbər verir ki, bu barədə Kamboca Müdafiə Nazirliyi məlumat yayıb.
Çin və Kamboca arasında hərbi yük maşınlarının alqı-satqısına dair müqavilə 2019-cu ilin ortalarında bağlanıb.
Müqaviləyə əsasən maşınların sifarişçiyə çatdırılması bu ilin əvvəlində həyata keçirilməliydi. Lakin COVID-19 pandemiyası səbəbindən nəqliyyat vasitlərinin çatdırılması bu ay tamamlanıb.
CATEGORIES Xəbərlər