
Çin Aviasiya Sənayesi Korporasiyası (AVİC) “Wing Loong” (“Pterodactyl” və ya “Əjdaha qanadı”) pilotsuz uçuş aparatının (PUA) yeni modelini hazırlayır.
“AzeriDefence” “Janes” nəşrinə istinadən xəbər verir ki, kəşfiyyat-müşahidə və döyüş tapşırıqlarını yerinə yetirmək məqsədilə hazırlanan yeni PUA “Wing Loong” I-D indeksi alıb.
Yeni PUA-nın 2018-ci il ərzində ilk uçuş sınaqlarının keçirilməsi və ilin sonunda beynəlxalq bazara təqdim edilməsi nəzərdə tutulub. Güclü mühərriklə təchiz ediləcək “Wing Loong” I-D PUA-nın uçuş yüksəkliyi, havada qalma müddəti, daxili və xarici faydalı yük həcmi də artırılacaq.
AVIC-in verdiyi spesifikasiyalara görə, “Wing Loong” I-D PUA-nın maksimum sürəti 280 km/saat, havada qalma müddəti təqribən 35 saat olacaq. Aparatın uzunluğu 8.7 metr, hündürlüyü 3.2 metr, qanad açıqlığı 17.6 metr, maksimal uçuş hündürlüyü 7,500 metr (24,600 ft) təşkil edəcək.



