Çin Ordusuna yerli EOD robotu
Çin Xalq Azadlıq Ordusu Partlayıcı Artilleriya Sursatları (EOD) robotunu təqdim edib. Bu barədə “AzeriDefence” Çin Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.
Ordunun Silahlanma Şöbəsinin nəzarəti altında Mühəndis Korpusunun Elmi-Tədqiqat İnstitutu tərəfindən səkkiz il üzərində iş aparılmış robot təhlükəli EOD əməliyyatları zamanı istifadə olunacaq.
Sınaqlar zamanı uzaqdan idarə edilən robot EOD-la çirklənmiş əraziyə daxil olub. Pilləkənlə qalxıb, maneələri dəf edib, partlamamış artilleriya sursatlarını götürərək salamat şəkildə nəzarət platformasına qayıdıb. Daha sonar isə operator robot vasitəəsi ilə məsafədən həmin sursatı partladaraq məhv edib.
İnstitutun direktoru Yang Jianhao bildirib ki, EOD robotu yalnız şəhər küçələrində deyil, səhrada və müxtəlif landşaftlarda hərəkət edə bilər,