
Çin yeni zenit raket kompleksini (ZRK) nümayiş etdirib.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, “Airshow China 2016” sərgisində nümayişə çıxarılan yeni ZRK-nın adı HQ-22-dir.
HQ-22 orta mənzillidir və istənilən hava şəraitində hədəfi məhv etmək imkanına malikdir.
Kompleksin zenit raketinin atəş məsafəsi – uzunluğu 150-170 km, uçuş hündürlüyü isə 50-dən 27000 metrə qədərdir.
HQ-22 bir neçə iş rejimində çalışa bilir.
Kompleksin ixrac üçün olan variantı isə FK-3 adlanır. Bu variantın atəş məsafəsi 5 km-dən 100 km-ə qədərdir.



