“Cobra”ların daha bir partiyası Banqladeş Ordusuna təhvil verilib

“Cobra”ların daha bir partiyası Banqladeş Ordusuna təhvil verilib

Türkiyənin “Otokar” şirkəti tərəfindən istehsal edilən “Cobra” zirehli nəqliyyat vasitələrinin daha bir partiyası Banqladeş Ordusuna təhvil verilib.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Defense Technology of Bangladesh” (DTB) səhifəsi “X”də paylaşım edib.

DTB tərəfindən paylaşılan fotogörüntüdə görülür ki, Banqladeş Ordusuna çatdırılan “Cobra”lar “UN” kamuflyajındadır. Bu isə onların Banqladeş Ordusunun Sülhməramlı Qüvvələri tərəfindən istifadə ediləcəyini göstərir.

Qeyd edək ki, hazırda Banqladeş Ordusunun inventarında “Cobra”lar ilə yanaşı “Cobra II” zirehli nəqliyyat vasitələri də mövcuddur. 4×4 təkər formullu bu zirehli maşınlar yüksək mühafizə və hərəkət qabiliyyətinə malikdir.

CATEGORIES
TAGS