Danimarka Almaniyadan “Skyranger 30” HHM sistemləri alır
Almaniyanın “Rheinmetall” şirkəti Danimarka Silahlı Qüvvələrinə 16 ədəd “Skyranger 30” hava hücumundan müdafiə (HHM) sistemi tədarük edəcək.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Danimarka Silahlı Qüvvələrinə “Skyranger 30” hava hücumundan müdafiə sistemləri yanaşı, nəqliyyat vasitələri və sursatlar da tədarük olunacaq.
Bildirilib ki, 8×8 təkər formullu platforma üzərinə quraşdırılacaq “Skyranger 30” HHM sistemlərinin tədarükü 2027-2028-ci illərdə həyata keçiriləcək.