Daxili Qoşunlar “Poliqon” jurnalını təbrik edib

Daxili Qoşunlar “Poliqon” jurnalını təbrik edib

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbuat xidmətinin rəisi mayor Anar Əhmədov “Poliqon” jurnalına təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

“Hörmətli Zaur müəllim!

Baş redaktoru olduğunuz “Poliqon” (“Azeri Defence”) jurnalının 10 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə sizi və redaksiya kollektivini ürəkdən təbrik edirəm.

Kütləvi informasiya vasitələri arasında hər zaman özünə layiqli yer tutan “Poliqon” jurnalı Azərbaycanın yeganə hərbi-texnoloji istiqamətli jurnalı olmaqla, Silahlı Qüvvələrimizdə, o cümlədən, xarici ölkələrin ordularında tətbiq olunan ən son yeniliklər barədə məlumatların geniş oxucu auditoriyasına çatdırılmasında mühüm rola malikdir. Təsadüfi deyil ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbuat orqanı olan “Əsgər” qəzetinin hərbi xəbərlər bölməsi üçün istinad etdiyi etibarlı mənbələr arasında məhz “Poliqon” jurnalının www.poliqon.az saytı da var.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində şəhid olmuş qəhrəman döyüşçülərinin ictimaiyyət arasında geniş təbliğ olunması məqsədilə Daxili Qoşunların Mətbuat xidməti tərəfindən hazırlanmış məqalələrin “Poliqon” jurnalının www.poliqon.az saytında mütəmadi olaraq yerləşdirməsi hərbi qulluqçular və şəhid ailələri tərəfindən böyük rəğbət hissi ilə qarşılanır.

Azərbaycanın ilk və yeganə hərbi-texnoloji jurnalı olan “Poliqon” jurnalının yubileyi – təsis edilməsinin 10 illiyi münasibətilə bir daha sizi və yaradıcı kollektivinizi səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

IMG 20220623 095658

 

Poliqon.az

CATEGORIES