DİN-in əməkdaşı Füzulidə minaya düşüb

DİN-in əməkdaşı Füzulidə minaya düşüb

İyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə “Poliqon”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

DİN-dən bildirilib ki, polis serjantı xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.az

 

CATEGORIES
TAGS