Xəbərlər

Dövlət Xidmətinin əməkdaşlarına medallar təqdim edilib

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2026-cı il tarixli 933 nömrəli Sərəncamına əsasən xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir sıra əməkdaşları medallarla təltif olunub.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Zəfər Günü ərəfəsində Xidmət rəisi general-mayor Mürsəl İbrahimov tərəfindən medallar təltif olunan əməkdaşlara təqdim edilib.

Təltif olunan əməkdaşların adları:

“Vətən uğrunda” medalı ilə

  • Qarayev Natiq Sahib oğlu – general-mayor
  • Cəfərov Elməddin Qulu oğlu – polkovnik
  • Quliyev İslam Ramiz oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

  • Hidayev Əziz Şahmurad oğlu – polkovnik
  • Abbasov Hikmət Zahid oğlu – mayor
  • Əliyeva Samirə Təşkilat qızı – mayor

“Tərəqqi” medalı ilə

  • Sədrətdinov Pərviz Həsən oğlu.
Back to top button