DSEI-2021: IAI şirkəti REX MK II robotunu nümayiş etdirir

DSEI-2021: IAI şirkəti REX MK II robotunu nümayiş etdirir

İsrailin IAI (“Israel Aerospace Industries”) şirkəti tərəfindən yeni hazırlanan REX MK II insansız döyüş vasitəsi Londonda keçirilən DSEI-2021 sərgisində nümayiş etdirilir.

“Poliqon” IAI şirkətinə istinadən xəbər verir ki, REX MK II məsafədən idarə olunan yerüstü nəqliyyat vasitəsi yüksək manevr qabiliyyətinə malikdir və 1,3 ton yük daşıyır. Quru qoşunlarının silah-sursat təchizatını, tibbi avadanlıqları, su və ərzaqları, o cümlədən yaralı döyüşçülərin təxliyyəsini həyata keçirə bilir.

Tək bir operator tərəfindən idarə olunan REX MK II vasitəsi 7.62 mm-lik pulemyotla silahlandırılıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS