SƏRHƏDXəbərlər

DSX hərbi hissələrində “Açıq qapı günü” keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı günü” keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olub, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat alıbar.

Tədbir zamanı qonaqlar sərhədçilərin vətənə, xalqa və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirib, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət zamanı göstərdikləri yüksək nizam-intizam barədə məlumat verilib, xidməti, inzibati binalara, əsgər yataqxanasına və yeməkxanaya baxış keçirilib.

Back to top button