![DSX narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alıb DSX narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alıb](https://poliqon.az/wp-content/uploads/2024/04/1_0d17d6ec9cfc7b6dfda1c5bbdcf404fa.jpg)
DSX narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.