DSX-nin helikopteri qəzaya uğrayıb, həlak olanlar və yaralananlar var

DSX-nin helikopteri qəzaya uğrayıb, həlak olanlar və yaralananlar var

Noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

Poliqon.az

CATEGORIES
TAGS