DSX rəisi təltif olunmuş hərbi qulluqçulara orden və medalları təqdim edib – VİDEO
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi zamanı xüsusilə fərqləndiklərinə görə və Azərbaycan Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən təqdim edilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimlərdə Azərbaycan sərhədçilərinin istənilən döyüş tapşırığını bundan sonra da şərəflə yerinə yetirəcəklərinə, müqəddəs torpaqlarımızın müdafiəsini və mühafizəsini böyük əzm və fədakarlıqla təmin edəcəklərinə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrlərinin icrasını ən yüksək səviyyədə təmin edəcəklərinə əminlik ifadə olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi hissələrin yaşayış şəhərciklərinə baxış keçirmiş və hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.