DSX tərəfindən son bir ildə 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

DSX tərəfindən son bir ildə 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən son bir ildə 15 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi, DSX-nin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapıb.

“Poliqon” xəbər verir ki, bu barədə bu gün Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 103 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında keçirilən mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 473 nəfər sərhəd pozucusu, 899 nəfər sərhəd rejim pozucusu saxlanılıb, 2720 nəfər hüquq mühafizə orqanları tərəfindən axtarışda olan, 5 nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın, o cümlədən 95151 ədəd psixotrop dərman preparatının və 1 ton 96 kq 373 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib.

Terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb, qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub, “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib, “Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarətinin işi təşkil olunub.

Bundan başqa, 1452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənmiş, nəticədə 1530 ədəd piyada əleyhinə, 1762 ədəd tank əleyhinə mina və 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə 104 km məsafədə yeni yollar çəkilmiş, 223,7 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.

Həmçinin, Sahil Mühafizəsində Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı 8 halda 12 nəfər dənizdə batma təhlükəsindən xilas edilib, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib, 186 ədəd sərhəd nişanı quraşdırılıb (onlardan 142 əsas, 44 köməkçi).

Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə lazımi diqqət və qayğının göstərilməsi, yaralanmış hərbi qulluqçuların DSX Hərbi Hospitalında, Respublikanın ixtisaslaşmış tibb müəssisələrində müayinəsi, müalicəsi, reabilitasiyası təmin olunmuş və onlardan ağır yaralanmış (xəsarət almış) hərbi qulluqçuların xarici ölkələrdə müalicəsi təmin edilib.

MRS8990 scaled

Poliqon.az

CATEGORIES