
“Boeing” şirkəti ilə “Azərbaycan Hava Yolları” QSC araslbda 5 ədəd B787-8 “Dreamliner” və 2 ədəd B747-8F təyyarələrinin alğı-satqısına dair razılaşma imzalayıb.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Dubai Airshow-2017” sərgisində iştirak edən “Boeing” şirkəti məlumat yayıb.
Müqaviləni “Dubai Airshow-2017” sərgisində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın Prezidenti və baş icraçı direktoru Kevin Makalister (Kevin McAllister) imzalayıb.
Dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilən müqavilə çərçivəsində təyyarələrin AZAL-a çatdırılması 2019-2020-ci illərə planlaşdırılır.
“Əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək – yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək”, -deyə AZAL QSC-nin prezidenti Cahangir Əsgərov bildirmişdir.
“Biz “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndiririk”, – “Boeing Commercial Airplanes”ın Prezidenti və baş icraçı direktoru Kevin Makalister bildirib.



