
“Leonardo” şirkəti M-346FA (Fighter Attack) döyüş təyyarəsini ilk dəfə “Dubai Airshow-2017” aviaşousunda nümayişə çıxarıb.
Bu barədə “AzeriDefence” “Leonardo” şirkətinə istinadən məlumat verib.
M-346FA döyüş təyyarəsi müxtəlif ölkələrin seçin etdiyi M-346FT (Fighter Trainer) və M-346AJT (Advanced Jet Trainer) təyyarə konsepsiyasının əsasında yaradılıb.
“Leonardo” M-346FA təyyarəsini “Grifo” çoxrejimli atəş nəzarət radarı ilə təqdim edir.
Təyyarə xarici asmada “hava-səth”, “hava-hava” raketləri və taktiki kəşfiyyat missiyaları üçün avadanlıqlar daşıya bilir.





