“ELBIT Systems” adı açıqlanmayan ölkəyə HHM sistemləri tədarük edəcək

“ELBIT Systems” adı açıqlanmayan ölkəyə HHM sistemləri tədarük edəcək

İsrailin “ELBIT Systems” şirkəti adı açıqlanmayan beynəlxalq müştəriyə “Red Sky” hava hücumundan müdafiə (HHM) sistemləri tədarük edəcək.

“Poliqon” “ELBIT Systems”ə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 50 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, istehsal və çatdırılma ilə əlaqədar bütün işlər iki il müddətində həyata keçiriləcək.

Qeyd edək ki, “Red Sky”, alçaq hündürlükdə uçan təhdidləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuş çox qısa mənzilli hava mücumundan müdafiə (Very Short-range Air Defense – VSHORAD) sistemidir.

CATEGORIES
TAGS