
Ermənistan Azərbaycanla olan dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə davam edir
Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Ermənistan Ordusunun silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini “Şmel” reaktiv odsaçan sistemlərindən atəşə tutub.
Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında itki yoxdur.
Müdafiə Nazirliyi bildirib ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.






