
Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi hissə sıradan çıxarılıb – VİDEO
Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən antiterror tədbirləri çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin Təpəkənd yaşayış məntəqəsi istiqamətindəki hərbi hissəsi tamamilə zərərsizləşdirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.