Estoniya Norveçdən işlənmiş şassi alır

Estoniya İsveç istehsalı olan piyadaların döyüş maşını şassisi alacaq.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, Estoniya Müdafiə Nazirliyinin investisiyalar üzrə vitse-kansleri İnqvar Pyarname bildirib ki, ölkəsi Norveçdən İsveç istehsalı olan 37 ədəd CV9030N maşınının şassisini alacaq.
Bunlardan 2-si təlim, qalan 35-i isə silahlı qüvvələrin döyüş bölmələri üçün nəzərdə tutulub.
Məlumatda o da qeyd olunub ki, bu şassilər 14 il Norveç hərbi birləşmələrinin istifadəsində olub. Ancaq onlar yaxşı vəziyyətdədirlər.
Maşınlar kəşfiyyat, komanda-qərargah, tibb, təmir-təxliyə, o cümlədən müxtəlif tip toplarla təchiz olunaraq, təyinatları üzrə istifadə ediləcəklər.
Maşınlar 2019-cu ilədək texnika parkına veriləcəyi nəzərdə tutulub.



