Sənaye

Estoniya insansız döyüş maşınını testdən keçirib – FOTO

Estoniyanın “Milrem” şirkətinin istehsal etdiyi insansız yerüstü hibrid aparatının (Tracked Hybrid Modular Infantry System – THeMIS) sınaqları keçirilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, Estoniya Quru Qoşunlarının Tapa şəhərindəki obyektlərində keçirilən təlim testlərində THeMIS manevr qabiliyyətini nümayiş etdirib.

Təlim çərçivəsində pilotsuz yerüstü hibrid aparatı uzaqdan idarə olunan silah qülləsi üzərinə yerləşdirilmiş .50 kalibrli pulemyot ilə bəzi atış testləri də reallaşdırıb.

Təlimdə 2 THeMIS maşını da sınaqdan keçirilib. Maşınlardan biri logistik və personal daşıyıcısı olaraq konfiqurasiya edilib, digəri isə döyüşə dəstək vasitəsi olaraq vəzifələndirilib.

Qeyd edək ki, THeMIS pilotsuz yerüstü hibrid aparatı tırtıllıdır və çoxməqsədli döyüş modulu ilə də təchiz olunub. Texnika döyüş meydanında bir sıra məqsədlər, o cümlədən döyüş meydanından yaralıların çıxarılmasına da xidmət edə bilir.

Maşının çəkisi 750 kq-dır və 500 kq çəkisindəki yükü daşımaq imkanına malikdir. Tırtılın köməyi ilə bu nəqliyyat vasitəsi istənilən şəraitdə hərəkət edə bilir. Hibrid maşın -60-dan +40 dərəcəyə qədər olan tempraturda işlək mexanizmlə də təchiz olunub.

3AF857AA00000578-3995476-THeMis_ADDER_is_designed_with_a_Tracked_Hybrid_Modular_Infantry_-a-1_1480953130190

Milrem-THeMIS

Back to top button