EXPAL şirkəti EIMOS adlı inteqrasiya olunmuş minaatanı təqdim edib

İspaniyanın EXPAL şirkəti özünün nəqliyyat vasitəsi üzərinə inteqrasiya olunmuş EIMOS adlı minaatan sistemini nümayiş etdirib. “AzeriDefence”nin məlumatına görə, Parisdə EUROSATORY-2012 sərgisində nümayişə çıxarılmış. EIMOS 4×4 təkər formuluna malik yüngül avtomobilin üzərinə qurulmuş 81 mm və ya 60 mm minaatanı özündə cəmləşdirir. Avtomatik doldurma və nəzarət sistemi EIMOS üçün əlavə imkanlar yaradır.

GPS, lazer məsafəölçəni və inersial naviqatorun daxil olduğu TECHFIRE sistemi ballistik hesablamaları avtomatlaşdırmağa imkan verir. Bu eyni zamanda bölmə komandirinin 16 minaatana qədər nəzarət etməsinə şərait yaradır.

Expal EIMOS-dan atışların dəqiqliyi minimum 2 metrdir. Minaatanların hədəf uzaqlığı 6 900 metr (81 mm) və 4 900 metrdir (60 mm). EIMOS-un atəş idarəetmə sisteminə hədəfi tapmaq üçün cəmi 20, onu tanımaq və atəş açmaq üçünsə 10 saniyə lazımdır.

KATEQORIYA: