DünyaXəbərlər

F-16 pilotlarının hazırlanması üçün Çexiya Ukraynaya simulyator verib

Çexiya Ukraynaya F-16 döyüş təyyarələrini idarə edəcək hərbi pilotların hazırlanması üçün simulyator verib.

“Poliqon” Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu simulyatorda Ukrayna hərbçiləri F-16 qırıcılarının texnoloji xüsusiyyətlərini və imkanlarını öyrənirlər.

Sözügedən döyüş təyyarələri ilə bağlı məsələyə toxunan Ukraynanın prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna səmasında ölkənin müdafiəsinə daha da güc verəcək F-16-ların ortaya çıxması an məsələsidir.

Onun sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələri mövcud olduğu illər ərzindəki ən güclü səviyyəsinə çatıb və bundan sonra daha da güclənəcək.

Poliqon.az

Back to top button