F-16 qırıcısı 19 milyondan çox uçuş saatını geridə qoyub
ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən F-16 “Fighting Falcon” döyüş təyyarəsi 19.5 milyondan çox uçuş saatını geridə qoyub.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, ilk uçuşunu 1974-cü ilin yanvarında yerinə yetirən F-16 döyüş təyyarəsi 50 ildir aktiv şəkildə istismar edilir.
Qeyd edilib ki, indiyə kimi 140 versiyada 4500 ədəddən çox F-16 istehsal olunub. Hazırda isə F-16 qırıcıları 25 fərqli operator tərəfindən istismar edilməkdədir.
TAGS F-16 Fighting Falcon