F-35 qırıcıları “BAE Systems”in Blok 4 EW sistemləri ilə uçacaq

F-35 qırıcıları “BAE Systems”in Blok 4 EW sistemləri ilə uçacaq

F-35 “Lightning II” 5-ci nəsil döyüş təyyarələri Böyük Britaniyanın “BAE Systems” şirkətinin Blok 4 elektron müharibə (EW) sistemləri ilə təchiz ediləcək.

“Poliqon” “BAE Systems” şirkətinə istinadən xəbər verir ki, bunun üçün F-35 layihəsinin baş podratçısı olan ABŞ-ın “Lockheed Martin” şirkəti ilə “BAE Systems” arasında 491 milyon ABŞ dollar dəyərində müqavilə imzalanıb.

Hazırda “BAE Systems” F-35 “Lightning II” döyüş təyyarəsini AN/ASQ-239 EW sistemi ilə təmin edir. Bu elektron müharibə sistemi F-35 qırıcısına uzun mənzilli təhlükə xəbərdarlığı, özünümüdafiə və hədəfləmə dəstəyi göstərir.

O, F-35-ə sürətli şəkildə tam spektrli situasiya məlumatlılığı təmin edir ki, bunun sayəsində də döyüş təyyarəsi cəld formada təhdidlərdən yayına və onlara müdaxilə edə bilir.

Qeyd edək ki, “BAE Systems” şirkəti bu günə qədər F-35 qırıcıları üçün “Lockheed Martin” şirkətinə 1200 ədəd EW sistemi təhvil verib. Bundan başqa cari ilin fevral ayında “BAE Systems” F-35 döyüş təyyarəsinin 1000-ci arxa gövdəsini də “Lockheed Martin”ə çatdırıb.

Əlavə məlumat üçün bildirək ki, “Lockheed Martin” şirkəti 2023-cü ildə 156 ədəd F-35-in istehsal olunmasını planlaşdırıb.

Poliqon.az

CATEGORIES
TAGS