F-35A döyüş təyyarəsi ADEX-2017 sərgisində nümayiş etdirilir
ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan “F-35A Lightning II” “stels” təyyarəsi Cənubi Koreyaya gətirilib.
“AzeriDefence”nin “Janes”ə istinadən verdiyi məlumata görə, F-35A ilk dəfə 17-22 oktyabr tarixlərində Cənubi Koreyanın paytaxtı Seulda keçirilən ADEX beynəlxalq aerokosmik və müdafiə sərgisində nümayiş olunur.
Bildirilib ki, 2014-cü ilin sentyabrında Cənubi Koreya ilə ABŞ arasında “F-35A Lightning II” radara görünməyən döyüş təyyarələrinin alğı-satqısına dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri təxminən 7.3 trilyon KRW (6.5 milyard ABŞ dolları) təşkil edir. Sazişə əsasən “Lockheed Martin” şirkəti Cənubi Koreya Ordusunu 40 ədəd beşinci nəsil “F-35A Lightning II” ilə təmin edəcək.
F-35A döyüş təyyarələrinin Koreya Hərbi Hava Qüvvələrinə göndərilməsinə 2018-ci ildə başlanması nəzərdə tutulub.