
FHN-in yanğın-xilasetmə qüvvələrinin dördüncü qrupu Türkiyəyə çatıb
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə çatıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, yanğın-xilasetmə qüvvələrinin dördüncü qrupunu gətirən təyyarə avqustun 7-də Bakı vaxtı ilə saat 01:10 radələrində Muğla Dalaman Hava Limanına enib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.
CATEGORIES Xəbərlər