Filippin “Brahmos” raket sistemləri alacaq

Filippin “Brahmos” raket sistemləri alacaq

Filippin Silahlı Qüvvələri iki batareya orta mənzilli “Brahmos” səsdən sürətli qanadlı raket sistemini qəbul etməyə hazırlaşır.

“Poliqon”un Filippin Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələr iki batareya “Brahmos” raket sistemini ölkənin sahil müdafiəsinin gücləndirilməsində istifadə edəcək.

Filippin Silahlı Qüvvələrin Modernləşdirmə Proqramı (RAFPMP) çərçivəsində Hindistan və Rusiyanın birgə müəssisəsi “Brahmos” ilə təxminən 375 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Müqaviləyə əsasən Filippin Ordusu ümumilikdə 3 batareya “Brahmos” raket sistemi əldə edəcək.

“Brahmos” raketinin maksimum sürəti 3,5 Mach, maksimum atəş məsafəsi 650 km-dir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS