Finlandiya İsveçdən RBS 70 raketləri alır

Finlandiya İsveçdən RBS 70 raketləri alır

Finlandiyanın Müdafiə Nazirliyi və İsveçin “Saab” şirkəti arasında RBS 70 raketlərinin alqı-satqısı ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” “Saab” şirkətinə istinadən xəbər verir ki, RBS 70 raketlərinin tədarükü üçün imzalanan müqavilənin dəyəri 800 milyon SEK (76.4 milyon ABŞ dolları) təşkil edir.

Müqavilənin şərtinə əsasən “Saab” şirkəti Finlandiya Silahlı Qüvvələrinə RBS 70 raketlərinin tədarükünü 2023-2026-cü illər ərzində həyata keçirəcək.

Bildirilib ki, tədrük ediləcək raketlər 15 ildən çoxdur Finlandiya Silahlı Qüvvələrinin inventarında yer alan RBS 70 hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən istifadə olunacaq.

Qeyd edək ki, qısa mənzilli HHM sistemi olan RBS 70-in ən son versiyası RBS 70 NG-dir. Yaxın günlərdə Latviya Müdafiə Nazirliyi də “Saab” ilə RBS 70 NG qısa mənzilli daşınan zenit raket komplekslərinin (DZRK) və “Giraffe 1X” radarlarının alınması üçün müqavilə imzalayıb.

Poliqon.az

CATEGORIES
TAGS