Fransa Ermənistana müxtəlif zenit raketlər verə bilər

Fransa Ermənistana müxtəlif zenit raketlər verə bilər

Fransa Ermənistana qısa, orta və uzun mənzilli raketlər verə bilər.

“Poliqon” xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əgər Ermənistanın ehtiyacı olarsa Fransa qısa, orta və uzun mənzilli raketləri onların ixtiyarına verəcək: “Ermənistana hansı texnikanın gələcəyi ilə bağlı çox təfərrüata varmayacağam, lakin bunların hamısı müdafiə əhəmiyyətinə malikdir. Zenit raketləri haqqında da deməliyəm ki, əgər Ermənistana lazım olsa, qısa, orta və digər raketlər də sizin ixtiyarınızda olacaq”.

Fransalı nazirin sözlərinə görə, hazırda prioritet məsələ Ermənistan tərəfindən silahların əldə edilməsi və onlardan istifadə etmək üçün təlimlərin keçirilməsidir.

CATEGORIES
TAGS