Fransada ASMPA-R raketinin atış sınağı həyata keçirilib

Fransada ASMPA-R raketinin atış sınağı həyata keçirilib

Fransa Hərbi Hava Qüvvələrinin “Rafale B” döyüş təyyarəsindən “hava-yer” tipli ASMPA-R nüvə raketinin atış sınağı həyata keçirilib.

“Poliqon” Fransa Silahlandırma Baş İdarəsinə (Direction générale de l’armement – DGA) istinadən xəbər verir ki, raketin sınağı ölkənin müdafiə naziri Sebastyan Lekornu tərəfindən müsbət qiymətləndirilib.

ASMPA-R raketi Fransa Silahlandırma Baş İdarəsinin rəhbərliyi ilə həyata keçirilən ASMPA yeniləmə proqramı əsasında hazırlanıb. Proqram çərçivəsində hazırlanan ASMPA-R raketinin imkanları artırılıb. Bununla da gələcəkdə onu əvəzləyəcək (2035-ci ilə qədər) “hava-yer” tipli ASN4G nüvə raketi istehsal olunana kimi Fransa Silahlı Qüvvələrinin əməliyyat imkanlarının ödənilməsi hədəflənib.

CATEGORIES